9 gündə 80 min rusiyalı Gürcüstana gəldi

9 gündə 80 min rusiyalı Gürcüstana gəldi

Sentyabrın 17-dən 26-dək müxtəlif sərhəd-keçid məntəqələrindən Gürcüstana 78 742 nəfər Rusiya vətəndaşı daxil olub, 51 643 nəfər Rusiya vətəndaşı isə Gürcüstanı tərk edib.

AzerTimes xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Pik hədd sentyabrın 23-dən 26-a qədər olan dövrə təsadüf edib. Belə ki, 40 548 rusiyalı Gürcüstana daxil olub və 22 929-u isə tərk edib.

Bildirilib ki, artan axını effektiv idarə etmək, həmçinin təhlükəsizliyi təmin etmək məqsədilə Dəryal sərhəd-keçid məntəqəsində polis qrupları Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin bölmələri yerləşdirilib.

Qeyd edək ki, Prezident Vladimir Putinin ölkədə qismən səfərbərlik elan etməsindən sonra Rusiya vətəndaşlarının ölkədən kütləvi axını müşahidə olunur. Bəzi məlumatlarda, indiyədək 261 mindən çox vətəndaşın Rusiyanı tərk etdiyi bildirilir.

Teqlər: