Ümumi (9-cu sinif) orta təhsil səviyyəsi üzrə buraxılış
imtahanları bölgələr üzrə əvvəlcədən elan olunduğu kimi 2022-ci il
16, 17, 23, 24, 30 aprel və 1 may tarixlərində aşağıdakı qrafikə
uyğun keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən AzerTimes-a verilən məlumata görə, bu
imtahanda iştirak etmək üçün şagirdlərin qeydiyyatı tələb olunmur.
Şagirdlər imtahan gününə 1 həftə qalmış Dövlət İmtahan Mərkəzinin
saytı vasitəsilə “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər.
Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina,
zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı və s.
məlumatlar qeyd olunacaq.
Tarix |
Şəhər (rayon) |
16.04.2022 |
Sabunçu, Sumqayıt (I hissə), Gəncə (Kəpəz), Qax, Balakən, |
17.04.2022 |
Binəqədi, Səbail, Abşeron (I hissə), Gəncə (Nizami), Oğuz, |
23.04.2022 |
Qaradağ, Yasamal, Sumqayıt (II hissə), Goranboy, Naftalan, |
24.04.2022 |
Xəzər, Xətai, Abşeron (II hissə), Mingəçevir, Şəmkir, Masallı (I |
30.04.2022 |
Nəsimi, Nərimanov, Naxçıvan MR, Göygöl, Daşkəsən, Qazax, |
01.05.2022 |
Suraxanı, Nizami, Pirallahı, Samux, Ağstafa, Masallı (II hissə), |
Qeyd 1: Məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış
imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə
(rayonda) yuxarıdakı qrafikə uyğun verəcəklər.
Qeyd 2: Sumqayıt, Abşeron, Cəlilabad, Xaçmaz, Masallı, Quba
rayonlarında yerləşən məktəblərin şagirdlərinin imtahanı iki
imtahan gününə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, “hissə”lərlə adlandırılıb. Həmin gün hansı məktəblərin
şagirdlərinin imtahan verməsi haqqında məlumat imtahandan 10 gün
əvvəl DİM-in saytında yerləşdirilən qrafikə əlavə ediləcək.
Qeyd 3: Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat
məktəbləri, tədrisi ingilis və fransız dilində olan məktəblər,
Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan
məktəblərin şagirdləri üçün imtahan mayın 1-də, keçiriləcək. Gürcü
bölməsi üzrə məzun olanlar isə imtahanı aprelin 16-da
verəcəklər.