Xəbər - Samir Əli – Trend:
Bu ilin 9 ayı ərzində ölkə ərazisində 57 partlayış olub.
Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, hadisələr nəticəsində 9 nəfər ölüb, 54 nəfər yaralanıb.
Partlayış hadisələri nəticəsində köməksiz vəziyyətdə qalan 7 nəfər xilas edilib.
Məlumatda bildirilir ki, hesabat dövründə ümumilikdə respublika ərazisində 13091 texnogen mənşəli hadisə qeydə alınıb ki, bu da 2020-ci ilin 9 ayı ilə müqayisədə 386 hadisə və ya 3% çoxdur.