Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii sərvətlər nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Zəif cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 25-28° isti, gündüz 37-42° isti, Bakıda gecə 26-28° isti, gündüz 39-41° isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 28-29°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 29-30°, Türkan, Hövsan, Sahil, Şıxda 30-31° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Havanın temperaturu gecə 22-27°, gündüz 38-43° isti, dağlarda gecə 16-21°, gündüz 29-34° isti olacağı gözlənilir. Qərb küləyi axşam ayrı-ayrı yerlərdə arabir güclənəcək.