83 dəqiqə gecikmə, Messinin göz yaşları və çətin qələbə – Video

83 dəqiqə gecikmə, Messinin göz yaşları və çətin qələbə – Video

Futbol üzrə Amerika Kubokunun finalında Argentina və Kolumbiya komandaları qarşılaşıblar.

AzerTimes xəbər verir ki, oyunun əsas vaxtında hesab açılmayıb.

Matçın taleyini uzatma dəqiqələri həll edib.

Lautaro Martines 112-ci dəqiqədə vurduğu qolla Argentina millisinə çempionluq qazandırıb.

Qeyd edək ki, Floridada, “Hard Rock Stadium”da keçirilən final oyunu bir neçə dəfə təxirə salınıb.

Minlərlə biletsiz azarkeş hasarlardan adlamağa, havalandırma şaxtalarından keçməyə çalışıb. Bu səbəbdən oyunun startı planlaşdırıldığından 83 dəqiqə gec başlayıb.

Argentina millisinin ulduz futbolçusu Lionel Messi isə 65-ci dəqiqədə yıxılaraq zədə alıb. Meydandan çıxarılan forvard ağlayıb.

Teqlər: