821 şəbəkə AB-ni təhdid edir: siyahıda Ermənistan da var

821 şəbəkə AB-ni təhdid edir: siyahıda Ermənistan da var

821 cinayətkar şəbəkə Avropa Birliyinin (AB) təhlükəsizliyini pozmaqla təhdid edir.

AzerTimes xəbər verir ki, bunu Avropa Polis Agentliyi (“Avropol”) bildirib.

Haaqada təqdim olunan mütəşəkkil cinayətkarlıq haqqında hesabata əsasən, bir çoxu beynəlxalq səviyyədə fəaliyyət göstərən peşəkar dəstələrin 25 mindən çox üzvü var.

“Ciddi və mütəşəkkil cinayətkarlıq geniş yayılıb və Avropa Birliyinin daxili təhlükəsizliyi üçün əhəmiyyətli təhlükə yaratmağa davam edir”, – deyə “Avropol” bildirib.

Təşkilat AB-nin 27 üzvü və “Avropol”un 17 tərəfdaş ölkəsinin məlumatlarından istifadə edərək, problemin ilk koordinasiyalı araşdırmasının nəticələrinə əsasən bu qənaətə gəlib.

Sintetik narkotiklərin qanunsuz dövriyyəsi sahəsində ən təhlükəli cinayətkar şəbəkələrin fəaliyyət göstərdiyi ölkələr arasında Ermənistan da qeyd olunur.

Hesabata görə, şəbəkələrin böyük əksəriyyəti narkotik ticarəti ilə məşğuldur. Narkotik ticarəti ilə yanaşı, şəbəkələr adətən fırıldaqçılıqla da məşğul olurlar. Digər cinayətlərə oğurluq və insan alveri daxildir.

Teqlər: