Türkiyənin Kastamonu Universitetinin 82 yaşlı məzunu Hamdi Balkaş səhhətində olan problemə rəğmən məzuniyyət mərasimində iştirak edib.
AzerTimes xəbər verir ki, Kastamonu Universitetinin incəsənət fakültəsini bitirən ən yaşlı məzun bundan əvvəl orta məktəbdə biologiya müəllimi olub. Balkaş bildirib ki, rəssamlıq sənətinə olan böyük marağı onu ikinci ali təhsil almağa sövq edib. O, 2018-ci ildə universitetə daxil olub və imtahanlarda yüksək bal toplayıb.
Səhhətində yaranan ciddi problemlər və üç dəfə cərrahiyyə əməliyyatı keçirməsi ağsaqqal tələbəni təhsildən yayındıra bilməyib və o, buraxılış imtahanında tələbələr arasında üçüncü nəticə göstərib.