81 yaşlı danimarkalı qadın Varşava hava limanında 515 min dollar dəyərində heroinlə saxlanılıb.
AzerTimes xəbər verir ki, bu barədə AP məlumat yayıb.
“Frederik Şopen hava limanının gömrük işçiləri qadının qeyri-sabit davranışından şübhələndikdən sonra onun baqajını yoxlamaq qərarına gəliblər. Onun çamadanından 5 kiloqram heroin aşkar edilib. Polşa qanunvericiliyinə görə, onu qanunsuz narkotik saxlama ittihamı ilə 15 ilə qədər həbs gözləyir”, – məlumatda bildirilib.