81 saylı avtobus adam öldürdü

81 saylı avtobus adam öldürdü

Bir neçə saat öncə Bakı şəhərinin Nizami rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Naxçıvanski küçəsi, 26 saylı şəhər poliklinikasının yaxınlığında 81 saylı sərnişin avtobusu piyadanı vurub.

Hadisə nəticəsində piyada yerindəcə dünyasını dəyişib.

Hadisə nəticəsində ölən şəxsin “evsiz, avara həyatı sürən şəxs” olduğu bildirilib.

Hazırda hadisə yerinə Post Patrul və Yol Patrul Xidməti əməkdaşları cəlb olunub. Araşdırma aparılır.