ABŞ Şimali Atlantika Alyansına üzv olan Avropa ölkələrinə 2400 amerikalı əsgər göndərəcək.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı missiyası Tvitter hesabında məlumat yayıb.
Bildirilir ki, paraşütçülərin Avropaya göndərilməsi qərarı ABŞ-ın müdafiə naziri Lloyd Ostinin müvafiq vədindən sonra qəbul olunub.
“80 ildən sonra hava-desant diviziyası Avropaya qayıdır. Bu təşəbbüs NATO-nun şərq cinahını qorumaq, müttəfiqlərimizi sakitləşdirmək və bizə qarşı olanları saxlamaq üçündür”, – bildirilib.
Qeyd edək ki, 2400 əsgər Rumıniya, Bolqarıstan, Macarıstan və Slovakiyaya ölkələrində yerləşdiriləcək.