8 ölkə Kipr sahillərində hərbi təlim keçirdi

8 ölkə Kipr sahillərində hərbi təlim keçirdi

Kipr sahillərində səkkiz ölkənin iştirakı ilə “Nenesis 2022” hərbi təlimi keçirilib.

AzerTimes xəbər verir ki, bu barədə adanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Nenesis 2022” çoxmillətli təlimdə Kipr, Yunanıstan, Fransa, Böyük Britaniya, ABŞ, İsrail, İtaliya, Misirin hərbi qulluqçuları, eləcə də Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin və Aralıq dənizinin Çirklənməsi Fövqəladə Hallara Müdaxilə Mərkəzinin əməkdaşları iştirak ediblər”, – məlumatda deyilir.

Qeyd edək ki, daha əvvəl bu təlimlərdə yuxarıda adı çəkilən 8 ölkənin freqatları və helikopterlərinin iştirak edəcəyi barədə məlumat verilmişdi.

Teqlər: