8 noyabr – Zəfər Günü Azərbaycanın ən mühüm bayramlarından biridir – Azər Qarayev

Xəbər - Humay Ağacanova – Trend:

8 noyabr – Zəfər Günü 21-ci əsrdə Azərbaycan xalqının, dövlətinin ən mühüm yadda qalan bayramlarından biridir. Bir veteran olaraq bu gün münasibətilə bütün azərbaycanlıları və dünya azərbaycanlılarını təbrik edirəm.

Bunu Trend-ə açıqlamasında Dövlət Təhlükəsizliyi Xidmətinin veteranı, ehtiyatda olan polkovnik Azər Qarayev deyib.

O qeyd edib ki, Azərbaycan bu qələbəyə çatmaq üçün uzun yol qət edib: “Müharibə asan ərsəyə gələn bir iş deyil. Bunun üçün hərbi texnika, güclü ordu, bacarıqlı hərbi mütəxəssislər gərəklidir. Bu müddət ərzində Prezident İlham Əliyev tərəfindən hərbi sahəyə münasibət yüksək səviyyədə olub və olamağa da davam edir. Bizim hərbçilərimiz qardaş Türkiyədə təhsil alıb, orada təlim keçiblər. Türkiyə NATO-nun üzvüdür və onların hərbi hissələri NATO standartlarına uyğundur. Biz müharibədən sonra da Prezident İlham Əliyevin söylədiyi kimi, öz hərbi sistemimizi NATO sisteminə uyğunlaşdıracağıq. Bu, danılmaz faktdır ki, bizim öz yerli hərbi sənayemizdə qələbənin əldə olunmasına öz töhvəsini verdi”.

A.Qarayev, həmçinin qeyd edib ki, bütün bu dövr ərzində dövlət və xalqın biriliyi də çox önəmli yer tutdu: “Müharibə başlamazdan öncə cavanlarımızda tropaqlarımızı işğaldan azad etmək üçün çox böyük ruh yüksəkliyi vardı. Bu da onların qəlbində olan bitməz, tükənməz vətən sevgisindən xəbər verir. Prezidentimiz hər zaman bilirdi ki, gec və ya tez biz torpaqlarımızı işğaldan azad edəcəyik. Bu səbədən gənclərimiz, övladlarımız vətənpərvər ruhda, vətənə sevg, sədaqət hisləri ilə yetişdirilib.

Azərbacanın qələbə çalmasını istəməyən dövlətlər müxtəlif yollarla üsullarla buna mane olmağa çalışırdılar. Lakin qardaş dövlətlərimiz Türkiyə, Pakistan, həmçinin digər dost dövlətlər hər zaman bizə mənəvi dəstək göstərdilər, yanımızda oldular”.


O, bildirib ki, şəhidlərimizin, qəhrəmanlarımızın canı-qanı bahasına biz torpaqlarımıza qovuşduq: “Azərbaycanın qəhrəman oğulları hər zaman ön sıralarda oldular. Heç nədən qorxmadan bir addım belə geri çəkilmədilər. Onları belə vətənpərvər ruhda böyüdən anaların qarşısında baş əyirəm. Əlbəttə, müharibə itkisiz olmur. Bütün şəhidlərimzə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm.

Azərbaycanda qazilərə, şəhid ailələrinə daim diqqət və qayğı göstərilib və göstərilməyə davam edir. Bu diqqət qayğı şəhid ailələrinə təsəlli olur.”

A.Qarayev qeyd edib ki, Ali Baş Komandan olaraq Prezident müharibənin hər saniyəsini izləyirdi: “Bununla yanaşı, siyasi arenada da böyük işlər görürdü. Müharibə gedişatında və sonrasında dünyanın bütün aparıcı jurnalistlarinə müsahibələr verirdi. Baxmayaraq ki, bir çox halda ona qərəzli suallar ünvanlanırdı, lakin o, bütün bu sualları dəqiq və səlis cavablandırırdı. Prezidentin düzgün, səlis, qətiyyətli duruşu bizi qələbəyə doğru apardı”.

Teqlər: