“8 Noyabr” stansiyasının şəhid Xudayarın səs yazısı ilə səsləndirilməsi montajdır – Metropoliten

Xəbər - Samir Əli – Trend:

“Bakı Metropoliteni” QSC yeni açılacaq “8 noyabr” stansiyasının şəhid Xudayar Yusifzadənin səsi ilə elan olunması ilə bağlı sosial şəbəkələrdə yayılan səs yazısı barədə açıqlama verib.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov AzerTimes-a açıqlamasında bildirib ki, adıçəkilən səs yazısı montajdır: “Əziz şəhidimizin səsi və “8 Noyabr” stansiyasının elan edilməsi ilə bağlı yayılmış videoməlumat həqiqəti əks etdirmir. Hazırda belə bir şey yoxdur. Bu, quraşdırma və montajdır”.

Teqlər: