“8 Noyabr” stansiyasında lift işləmir? – AÇIQLAMA

8 Noyabr” stansiyasında liftlər işlək vəziyyətdədir.

Bunu AzerTimes-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat
xidmətinin rəisi Bəxtiyar Məmmədov “8 Noyabr” stansiyasında
liftlərin işləmədiyinə dairr yayılan məlumatlara münasibət
bildirərkən deyib.

O bildirilib ki, hər üç stansiyada yerin üst səviyyəsində olan
liftlərdə metropolitenin təhlükəsizliyi baxımından onların istifadə
qaydası digər liftlərdən fərqləndirilib.

“Liftlərin fəaliyyətində heç bir problem yoxdur. Bu,
təhlükəsizlik baxımından bu formada tənzimlənir. Yerin üst
səviyyəsində olduğundan sifarişlə istifadə edilə bilir. Belə ki,
2019-ci ilin mart ayından “Əlçatan metro layihəsi” üzrə zəng, SMS
və mobil əlavə vasitəsilə əvvəlcədən sifariş verə bilirlər.
Stansiyaya gəliş saatı dəqiqləşdirildikdən sonra sifariş əsasında
liftlə enməyə ehtiyac olan sərnişinlər üçün şərait yaradılır.
Stansiya daxilində isə liftlərin fəaliyyəti adi qaydadadır, heç bir
problem yoxdur”.

Qeyd edək ki, Bakı Metropoliteninin 8 Noyabr” stansiyasının
Silahlı Qüvvələrin Baş Klinik Hospitalına tərəf olan çıxışında
liftin işləməməsi ilə bağlı sosial şəbəkədə paylaşım edilmişdi.

Teqlər: