8 Martda hava necə olacaq?

Xəbər - Humay Ağacanova – Trend:

Bakıda və Abşeron yarımadasında martın 8-də hava şəraitinin
dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz
keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, gecə bəzi
yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.

Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7°
isti, gündüz 8-12° isti olacaq. Bakıda gecə 5-7° isti, gündüz 9-11°
isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 755 mm civə
sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz
keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə yağıntılı olacağı
ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi
ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 9-14° isti, dağlarda
gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Teqlər: