Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan
Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq
Qadınlar Gününə həsr olunmuş sərgi üçün əsərlərin qəbuluna start
verilir.
Mədəniyyət Nazirliyindən AzerTimes-a verilən məlumata görə, 8
Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sərgi cəmiyyətdə
qadının roluna diqqət çəkmək, onların yaradıcılığının
dəstəklənməsi, rəssamlıq sənətinə marağı artırmaq, həmçinin
Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan bu mövzuya
həsr olunan əsərlərin təbliği məqsədilə keçiriləcəkdir.
Sərgidə iştirak etmək istəyən rəssamlardan 27 fevral tarixinədək
mövzuya uyğun rəsmlərinin keyfiyyətli fotosunu, əsərin adını,
ölçüsünü və texnikasını, öz ad, soyadı və əlaqə nömrələri ilə birgə
[email protected] ünvanına göndərmələri xahiş edilir.
Sərgi Nazirlər Kabineti yanında Operativ Qərargahın COVİD-19
pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun
keçirilməsi nəzərdə tutulur.
Ətraflı məlumat: 994 77 717 33 37