Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan
Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2022-ci il 7 mart
tarixində, saat 18:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrında 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sərgi
keçiriləcək.
Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sərgi
cəmiyyətdə qadının roluna diqqət çəkmək, onların yaradıcılığının
dəstəklənməsi, rəssamlıq sənətinə marağı artırmaq, həmçinin
Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan bu mövzuya
həsr olunan əsərlərin təbliği məqsədilə keçiriləcəkdir.
Sərgidə 30-a yaxın rəssamın əsərləri sərgilənəcək.
Sərgi Nazirlər Kabineti yanında Operativ Qərargahın COVİD-19
pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun
keçiriləcək.
Giriş sərbəstdir.
Media nümayyəndələri dəvətlidir.
Tədbirin keçirilmə yeri: Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrı
Tarix: 2022-ci il, 7 mart
Saat: 18:00