Vaxtilə üçtərəfli bəyanatın mətnində anklavların Azərbaycana verilməsinə qarşı çıxmışdım.
AzerTimes xəbər verir ki, bunu Ermənistan Baş Qərargahının keçmiş rəis müavini Tiran Xaçatryan deyib.
“Baş Qərargahın o vaxtkı rəhbərində bəyanatın ilkin variantını gördüm, sənəddə anklavlarla bağlı bəndlər var idi. Heyrətə gəldim. Baş Qərargah rəisindən soruşdum ki, atəşkəsin anklavlara nə dəxli var? Onunla qısa müzakirəmiz oldu. Daha sonra o vaxtkı müdafiə naziri David Tonoyanla şəxsi söhbətim oldu. O məndən əlaqədə qalmağımı istədi və anklavlarla bağlı müddəanı geri götürmək üçün dərhal Nikol Paşinyanla əlaqə saxladı”, – Xaçatryan bildirib.
Onun sözlərinə görə, ermənilərin Qubadlı və Laçındakı mövqelərini verməmək də təklif olunmuşdu:
“Bizim üçün sərfəli sərhədlərimiz var idi. Əvəzində isə biz Azərbaycan tərəfinə Dağlıq Qarabağın onların nəzarətində olan əraziləri saxlayacaqdıq. Amma təklifimiz qəbul olunmadı”.