Hindistana məxsus An-32 hərbi təyyarə qəzaya uğradıqdan 8 il sonra Hind okeanının dibində tapılıb.
AzerTimes xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 8 il öncə yoxa çıxan və içərisində 29 nəfərin olduğu təyyarənin qalıqları dərin dəniz tədqiqatları zamanı tapılıb.
Tədqiqatlar 3 400 m dərinlikdə, avtonom sualtı aparatın vasitəsinin köməyi ilə həyata keçirilib.
Xatırladaq ki, 2016-cı il iyulun 22-də itkin düşən təyyarədə 21 hərbçi və 8 mülki şəxs olub. Havaya qalxdıqdan 16 dəqiqə sonra pilotdan hər şeyin normal olduğu xəbəri alınsa da, bu mesaj təyyarədən gələn sonuncu olub.