Nöqsanlara görə 8 məhkəmə hakimi intizam məsuliyyətinə cəlb edilib.
AzerTimes xəbər verir ki, bu barədə qərar Məhkəmə-Hüquq Şurasının iclasında qəbul olunub.
Belə ki, iclasda hakimlər haqqında başlanılmış intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərini kobudcasına pozduqlarına, korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə, çəkişmə prinsipinə tam əməl etmədiklərinə və digər nöqsanlara görə 8 hakim intizam məsuliyyətinə cəlb edilib, o cümlədən 1 nəfərin hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, 1 nəfərin isə tutduğu vəzifədən azad edilməsi ilə bağlı qərarlar qəbul edilib.