Tarixin ən faciəvi hadisələrindən biri olan iqboların kütləvi intiharı köləliyə boyun əymək istəməyən afrikalıların ağrılı həqiqətləri ilə doludur.
AzerTimes bu tarixi olayla bağlı maraqlı məlumatları təqdim edir.
1803-cü ildə 75 qərbi afrikalı kölə kimi satıldı. Tomas Spaldinq və Con Kuper onların hər biri üçün 100 dollar ödəmişdi.
Kölə kimi satılan bu insanlar Nigeriyanın cənub-şərqində yaşayan iqbolar idilər.
Onları əsarətə alanlar bu insanları öz yurdlarından zorla qoparıb Simons adasındakı tarlalarda işləmək üçün daha baha satmaq məqsədi güdürdülər.
Afrikalı qullar məşhur “Wanderer” gəmisinə mindirildi. Daha sonra zəncirlənərək “The York” adlı sahil gəmisinə aparıldılar.
Gəmi birbaşa Simons adasına doğru üzürdü.
Gəmi Corciyaya yaxınlaşdıqda iqbolar üsyana başladılar.
Qarşıdurmada gəminin kapitanı və bir neçə ekipaj üzvü həyatını itirdi. İqbolar gəmini ələ keçirərək, indi Danbar Krik kimi tanınan çayın sahilinə gəldilər.
Gəmidən düşən afrikalılar çaya doğru irəliləməyə başladılar.
İrəlilədikcə, bir ağızdan oxuyurdular:
“Bizi su gətirdi, su bizi evə aparacaq”.
Bəzi mənbələr kölə olacaqlarını bilən iqboların gəmini ələ keçirdikdən sonra su pərilərini çağıraraq onları evlərinə aparmalarını istədiklərini söyləyirlər.
Çaya girərək kütləvi intihar edən 75 nəfərdən yalnız 13-nün cəsədi tapılıb. Digər cəsədlərdən heç vaxt xəbər olmadı.
Danbar Krikdə intihar edən bu insanların sualtı heykəlləri qoyulub. Bura həm də “İqboların torpağa enişi” adlı tarixi məkana çevrilib.