Bir qrup Azərbaycan vətəndaşı İsraildən Bakıya yola salınıb.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki səfirliyi məlumat yayıb.
Bildirilib ki, 12-13 oktyabr tarixlərində Azərbaycan Respublikasının İsrail dövlətində səfirliyi və Azərbaycan Hava Yollarının birgə əməkdaşlığı çərçivəsində 72 nəfər Azərbaycan vətəndaşı və Azərbaycan əsilli İsrail vətəndaşları Mahaçqala, Dubay şəhərləri üzərindən və birbaşa reys vasitəsilə Bakı şəhərinə yola salınıb.
Vətəndaş müraciətləri üçün səfirliyin əlaqə vasitələri aşağıdakı kimidir:
telaviv@mission.mfa.gov.az
+972 50 356 95 82