Abşeronda 71 yaşlı kişi dəm qazından boğularaq ölüb.
AzerTimes xəbər verir ki, 1953-cü il təvəllüdlü Rəşid Xeyrulla oğlu Məmmədovun yaşadığı Xırdalan şəhəri, məhəllə 26, 88 nömrəli evdə ikigözlü qaz sobasının işlək vəziyyətdə qalması səbəbindən dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.