Mingəçevirdə piyadanı maşın vuraraq öldürüb.
AzerTimes xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Qeyd olunub ki, oktyabrın 2-də saat 18 radələrində Mingəçevir şəhərində Əlzamin Quliyev idarə etdiyi “Lada Vesta” markalı avtomobillə yolu keçən piyada, 1954-cü il təvəllüdlü Xalid Məmmədovu vurub.
Piyada aldığı xəsarətlərdən ölüb. Faktla bağlı cinayət işi başlanılıb.