70-ə yaxın hərbçi müasir protezlərlə təmin edilib

Xəbər - Samir Əli – Trend:

Vətən müharibəsində yaralanan qazilərin müasir protezlərlə təmin edilməsi prosesi davam etdirilir.

AzerTimes-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev deyib.

Onun sözlərinə görə, artıq 70-ə yaxın hərbçimiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müasir protezlərlə təmin edilib: “Bunlar yeni nəsil protezlərdir. Həmin protezlərin təqdim edilməsi əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün böyük töhfə verəcək”.

Teqlər: