7 Rusiya bankı SWIFT sistemindən çıxarıldı

Avropa İttifaqı (Aİ) Rusiyanın daha yeddi bankını SWIFT
sistemindən kənarlaşdırıb.

Trend-in
məlumatına görə, bu barədə Aİ-nin rəsmi jurnalında deyilir.

Qeyd olunur ki, VTB, “Rossiya”, “Otkrıtiye”, “Novikombank”, “Promsvyazbank”, “Sovkombank” və “Vneşekonombank” bankları bu
sistemin xidmətlərindən yararlana bilməyəcək.

Rusiyanın digər bankları barəsində bu cür qərar verilməyib.