7 min manat yardımın 6 min 700 manatını aldılar – Vilyam Hacıyevin məhkəməsində şahid

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra
başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam
etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə
keçirilən prosesdə ifadə verən şahid Vüsal Niftəliyev bildirib ki,
maddi durumu ilə bağlı İmişli rayon İcra Hakimiyyətinə müraciət
edib.

“Mənə dedilər ki, sənə 7 min manat yardım ayrılıb. Pulu bankdan
çıxaranda Cəmil Musayev küçədə gözləyirdi. Pulu çıxardım, Cəmil 6
min 700 manatı aldı, 300 manat qaldı. Cəmil dedi ki, pulu icra
başçısı istəyir”, – şahid bildirib.

Vilyam Hacıyevin vəkili bildirib ki, məhkəmədə 146 şahid
dindirilib: “Həmin şahidlərin heç biri təqsirləndirilən şəxs və
müdafiə tərəfinin deyil. Zərərçəkmişlərin bəziləri isə bu vaxta
qədər prosesə gəlməyiblər. Məhkəmə həmin zərərçəkmişlər və ya
onların nümayəndələrinin prosesə gətirilməsini təmin
etməlidir”.

Vilyam Hacıyev bildirib ki, şahid və zərərçəkmişlərin heç biri
icra başçısına rüşvət verməyib: “Hamısı deyir Rəhim və Cəmilə
rüşvət vermişik. Amma bu məsələ araşdırılmayıb. Gəlin bu məsələləri
araşdıraq, görək dövlətin ayırdığı vəsaiti kim mənimsəyib, niyə
mənimsəyib. İş üzrə 4 zərərçəkmiş var. Onların nümayəndələri
dindirilsin, sonra mən ifadə verəcəyəm”.

Proses mayın 20-də davam etdiriləcək.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti
(DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli
miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə
səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv
rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə
saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə
ittiham olunur.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti
(DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra
başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda
mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən
sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli
miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci
(qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan
olunub.

Teqlər: