7 ildə 35 mindən çox terrorçu məhv edildi – Akar

7 ildə 35 mindən çox terrorçu məhv edildi – Akar

Qonşularımız başda olmaqla, bütün ölkələrin sərhədlərinə, suveren hüquqlarına və ərazi bütövlüyünə hörmətlə yanaşırıq.

AzerTimes xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

“Terrorçular haradadırsa, bizim hədəfimiz də oradır. Nəcib millətimizi 40 ildir başımıza gələn terror bəlasından xilas etmək əzmindəyik. 2015-ci il iyulun 24-dən həyata keçirilən əməliyyatlar nəticəsində indiyədək ümumilikdə 35 min 786 terrorçu zərərsizləşdirilib. Yanvarın 1-dən etibarən əməliyyatlar intensiv şəkildə davam edir. Bu müddət ərzində Şimali İraq və Suriyada ümumilikdə 2 min 517 terrorçu, “Pəncə-Kilid” əməliyyatında isə ümumilikdə 333 terrorçu zərərsizləşdirilib”, – Akar bildirib.

Teqlər: