7-ci əsrə aid gümüş sikkələri satmaq istədi, saxlanıldı – Foto

7-ci əsrə aid gümüş sikkələri satmaq istədi, saxlanıldı – Foto

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində qədim tarixə malik sikkələri satmaq istəyən rayon sakini Bəhram Abdurahmanov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a bildirilib ki, ondan 73 ədəd sikkə götürülərək müvafiq ekspertizalara təqdim olunub.

Ekspertizaların da rəylərinə əsasən həmin predmetlərin VII əsrdə pul vahidi kimi istifadə edilən və Azərbaycanın milli-mədəni irs siyahısına aid olan gümüş sikkələr olduğu müəyyən edilib.

Götürülmüş sikkələr saxlanılması üçün aidiyyəti üzrə Şəki Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Teqlər: