Xaçmaz rayonu ərazisində 7 aylıq körpə çarpayıdan yıxılması nəticəsində ölüb
AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə rayonun Susayqışlaq kəndi ərazisində baş verib.
Belə ki, 2021-ci il təvəllüdlü Məlik Aqşin oğlu Mehdiyev çarpayıdan yıxılıb və aldığı xəsarətdən ölüb.
Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Hadisə ilə bağlı araşdırma aparılır.