7 aylıq hamilə olan misirli qılıncoynadan Nada Hafiz Parisdə keçirilən Yay Olimpiya Oyunlarında iştirak edib, hətta 1/8 finala çıxıb.
AzerTimes xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.
“Meydanda iki iştirakçı var idi, amma əslində üç nəfər idik: mən, rəqibim və doğulmamış körpəm. Biz həm fiziki, həm də emosional olaraq bir çox sınaqlardan keçdik, amma buna dəyərdi. Olimpiadanın 1/8 finalına çıxmağımızla fəxr edirəm. Həyat yoldaşımın və ailəmin etimadı mənə bu qədər irəli getməyə kömək etdi”.
Qeyd edək ki, idmançı amerikalı Elizabet Tarkovskiyə qalib gəlsə də, 1/8 finalda cənubi koreyalı Çon Hyeonqa məğlub olaraq, mübarizəni dayandırmalı olub.