683-cü gün: Rusiya Ukraynanın itkilərini açıqladı

683-cü gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 683-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 567 təyyarəsi, 265 helikopteri, 10 526 PUA-sı, 447 zenit-raket kompleksi, 14 506 tank və digər zirehli texnikası, 1 201 reaktiv yaylım atəş sistemi, 7 656 artilleriya və minaatanı, 17 170 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: