İstehlaka yararsız 66 ton 64 kq qida məhsulları məhv edilib.
Bu barədə AzerTimes-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
“Sun Food” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı müraciəti əsasında Agentlik əməkdaşları tərəfindən ümumi çəkisi 66 ton 64 kq müxtəlif növ qida məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.