66 nömrəli marşrutun kobud sürücüsü işdən qovuldu

66 nömrəli marşrutun kobud sürücüsü işdən qovuldu

“Sentyabrın 20-də 66 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusların birində sürücü tərəfindən qanunvericiliyin, yol hərəkəti qaydalarının tələbinin kobud şəkildə pozulmasına dair KİV-də və sosial şəbəkələrdə yayılan video görüntü ilə bağlı Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən dərhal zəruri tədbirlərin görülməsinə başlanılıb”.

BNA-dan verilən məlumata görə, sözügedən görüntülərdə sürücünün nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin qapısının açıq vəziyyətdə saxlanılması, sərnişinlərin həyatının təhlükəyə atması açıq-aşkar müşahidə olunur.

“66 nömrəli müntəzəm marşrut xəttində çalışan sürücü Teymurov Elşən Zahid oğlu agentliyin tələbi əsasında daşıyıcı tərəfindən işdən azad edilib. İctimai qınaq olaraq sərnişinlər də bu kimi məsələlərə biganə qalmamalıdırlar. Onların təhlükəsizlik qaydalarına, müəyyən olunmuş təlimatlara əməl etmələrinin vacib olduğu əsas məqamlardan biridir”, – deyə məlumatda bildirilir.