65 yaşdan yuxarı şəxslər belə vaksinasiya olunur – Trend TV-nin REPORTAJI (FOTO)

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Bu gündən etibarən 65 yaşdan yuxarı şəxslərin vaksinasiya prosesində artıq 14 nəfərə vaskin vurulub.

Bu barədə Trend TV-yə Səbail rayonu 2 nömrəli Şəhər Poliklinikasının baş həkiminin müavini Şahin Quliyev deyib. Onun sözlərinə görə, peyvənd vurulan şəxslər arasında heç bir əks təsir qeydə alınmayıb:

“Məlum olduğu kimi, 18 yanvar tarixindən tibb işçilərinin vaksinasiyasına başlanılıb. Peyvəndləmə barəsində Nazirlər Kabitenin vaksinasiya strategiayası təsdiq olunandan sonra bizdə də bu prosesə başlanılıb. Bunun üçün bizdə xüsusi sahələr ayrıldı, həkim müayinəsi və iki peyvənd otağı. Bu otaqlarda peyvənd üçün gələn şəxslər müayinə olunur, daha sonra vaksinasiyaya yollanır. Bu gündən etibarən də 65 yaş və ondan yuxarı olan vətəndaşların peyvəndləmə aksiyasına start verilib. Biz bu gün səhər işə gələndə artıq vətəndaşlar özləri növbə yaratmışdılar”.

Ş.Quliyev qeyd edib ki, hər bir vətəndaş həkim müayinəsindən keçdi və onlar arasında cəmi bir nəfərin təzyiqi yüksək olduğu üçün vaksinasiya olunmadı, qalanların isə cavabı müsbət olduğu üçün onlar peyvəndləndi.


Foto – Zaur Mustafayev

Teqlər: