6,5 min km yol qət edərək Məkkəyə çatdı

6,5 min km yol qət edərək Məkkəyə çatdı

Britaniyalı zəvvar Adəm Məhəmməd piyada 6,5 min kilometr məsafə qət edərək Məkkəyə çatıb. İndi o, Həcc ziyarətinə hazırlaşır.

AzerTimes xəbər verir ki, 52 yaşlı britaniyalı zəvvar 11 ay və 26 gün ərzində Niderland, Almaniya, Çexiya, Macarıstan, Rumıniya, Bolqarıstan, Türkiyə, Livan, Suriya və İordaniya ərazilərindən keçərək Səudiyyə Ərəbistanına daxil olub. O, sutkada orta hesabla 17,8 kilometr məsafə qət edərək Məkkədəki Ayişə məscidinə çatıb. Burada britaniyalı zəvvarı yerli sakinlər və Londondan Həcc ziyarətinə gəlmiş iki qızı qarşılayıblar.

Adəm Məhəmməd bildirib ki, COVID-19 pandemiyasının tüğyan etdiyi ötən iki ildə müqəddəs Quran oxuyub və Həcc ziyarətinə getməyi arzulayıb. Britaniyadakı xeyriyyəçilər ona və iki qızına bu arzularını yerinə yetirməkdə yardım ediblər.

Teqlər: