6,5 milyon bülletenin çapına başlanıldı

6,5 milyon bülletenin çapına başlanıldı

Sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb.

AzerTimes xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Komissiya üzvləri və Katibliyin təmsilçiləri ilə birlikdə çap prosesinin gedişi və bununla bağlı yaradılmış şəraitlə tanış olub.

Sədr M.Pənahov, həmçinin Seçki Məcəlləsinə əsasən seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblərin MSK-nın qərarı ilə müəyyən olunduğunu və Milli Məclisə seçkilərdə 6 516 567 (altı milyon beş yüz on altı min beş yüz altmış yeddi) seçki bülleteni hazırlanacağını bildirib.

Teqlər: