65 deputat Mişa üçün Zurabişviliyə müraciət etdi

65 deputat Mişa üçün Zurabişviliyə müraciət etdi

Gürcüstan parlamentinin hazırkı və sabiq deputatları Gürcüstan Prezidenti Salome Zurabişviliyə Mixail Saakaşvilini əfv etməsi üçün müraciət edib.

AzerTimes xəbər verir ki, Gürcüstan Prezidenti Salome Zurabişviliyə müraciəti müxtəlif çağırışların 65 deputatı imzalayıb.

“Biz, gürcü parlamentarilər icması Gürcüstanın keçmiş prezidentinin ikinci dəfə öldürülməsinə icazə verə bilmərik. Susmaq öldürür, susmaq cinayətdir”, – müraciətdə bildirilib.

Qeyd edək ki, Saakaşvilinin əfv edilməsi tələbi ilə Zurabişvilinin evi və iqamətgahının önündə aksiyalar da keçirilir.

Teqlər: