635-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

635-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 635-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 536 təyyarəsi, 254 helikopteri, 9045 PUA-sı, 441 zenit-raket kompleksi, 13 489 tank və digər zirehli texnikası, 1185 reaktiv yaylım atəş sistemi, 7138 artilleriya və minaatanı, 15 422 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: