63 yaşlı qadın evində ölü tapıldı

Xəbər - Samir Əli – Trend:

Bakıda qadın evində ölü tapılıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.


Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1959-cu il təvəllüdlü Hüseynova Gülnarə Mirzəağa qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Teqlər: