63 kiloqramdan artıq narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb: 29 nəfər həbs edilib (FOTO)

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları paytaxt və
bölgələrdə xüsusi əməliyyatlar keçirib gizlin anbarlarda 63
kiloqramdan artıq narkotik maddə saxlayan şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən
Trend
-ə verilən məlumata görə, Daxili İşlər Nazirliyi Baş
Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 15 gün
ərzində keçirilən xüsusi əməliyyatlar zamanı ölkə ərazisində
narkotik maddələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul
olan daha 29 nəfər saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 63
kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə, 550 ədəd
psixotrop tərkibli həb, həmçinin kultivasiya yolu ilə yetişdirilən
yaş halda çəkisi 91 kiloqram olan 468 ədəd çətənə kolu aşkar
edilib.

Daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı rayonu Hövsan
qəsəbəsində keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin
kultivasiyası ilə məşğul olan Şakir Rəfiyev tutulub. Onun
həyətindəki narkotik tərkibli bitkilər yetişdirmək üçün xüsusi
olaraq su, işıq və havalandırma ilə təchiz edilmiş istixanaya baxış
zaman 468 ədəd çətənə kolu və evindən satış niyyəti ilə qurutduğu
12 kiloqram marixuana aşkar olunub.

Baş İdarə əməkdaşlarının Salyan və Biləsuvar rayonlarnda həyata
keçirdikləri əməliyyatlar zamanı isə paytaxt sakinləri Adət
Qədirovla Elsevər Fətəliyev saxlanılıblar. Onların üzərlərinə,
avtomobillərinə və xüsusi olaraq narkotik vasitələrin saxlanc yeri
kimi istifadə etdikləri gizli anbarlara baxış zamanı 38 kiloqram
heroin, metamfetamin, tiryək, marixuana, narkotik satşı zamanı
qeydlər apardıqları dəftərlər, onlayn satış zamanı istifadə olunan
plastik kartkar, pul vəsaitləri və elektron tərəzilər aşkar
olunub.

Qeyd edək ki, Adət Qədirov və Elsevər Fətəliyev mütəşəkkil dəstə
halında xaricdən göndərilən külli miqdarda narkotik vasitəni ölkə
ərazisində qəbul ediblər. Daha sonra onlar narkotikləri müxtəlif
üsullarla əvvəlcədən hazırladıqları yerlərdə gizlədib və satmaq
məqsədi ilə paytaxt ərazisinə gətirməyə çalışıblar.

Paytaxtın Yasamal, Nizami, Nərimanov, Suraxanı, Sabunçu,
Binəqədi rayonları, eləcə də, Abşeronda həyata keçirilən
əməliyyatlar zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi
ilə məşğul olan 14 nəfər saxlanılıb. Bu şəxslərdən ümumilikdə 10
kiloqram heroin, metamfetamin, elektron tərəzilər, ekstazi və
metadon həbləri, narkotik vasitələrin onlayn satışı, həmçinin pul
dövriyyəsini təşkil etmək üçün istifadə olunan çoxlu sayda plastik
kartlar aşkar olunub.

Baş İdarənin Cənub və Qərb Bölgələrində Regional Şöbələrin
əməkdaşlarının qeyd edilən dövr ərzində Gəncə, Lənkəran şəhərləri,
həmçinin Astara, Yevlax və Cəlilabad rayonlarında həyata
keçirdikləri əməliyyatlar zamanı isə 12 nəfər saxlanılıb. Bu
şəxslərdən 3 kiloqram heroin, metamfetamin, elektron tərəzilər,
həblər və plastik kartlar aşkar olunub.

Faklarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə
cinayət işləri başlanılıb narkotiklərin qanunsuz dövriyyəsində
təqsirli bilindikləri üçün tutulan şəxslərin hər biri barəsində
məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

Teqlər: