Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində gömrük-çülər növbəti uğurlu əməliyyatlarını həyata keçiriblər.
AzerTimes-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “Twitter” səhifəsində bildirib.
Komitə sədri qeyd edib ki, ümumi çəkisi 622 kiloqramdan artıq narkotik vasitə – heroinin ölkənin gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısı alınıb.