TRON blokçeyn platformasının yaradıcısı Castin San “Sotheby’s” auksionunda 6,2 milyon dollara aldığı divara lentlə yapışdırılmış bananı yeyib.
AzerTimes xəbər verir ki, San “sənət əsərini yemə prosesini” Honq-Konqun ən bahalı otellərindən birində müxbirlərin gözü qarşısında icra edib.
“O, həqiqətən də digər bananlardan daha dadlıdır”, – San bananı yeyərkən deyib.
Qeyd edək ki, divara yapışqan lentlə yapışdırılan banan italyan rəssamı Mauritsio Kattelanın “simvolik” kimi qələmə verilən mübahisəli “Komediyaçı” instalyasiyasıdır. İlk dəfə 2019-cu ildə Mayamidə “Art Basel” müasir incəsənət sərgisində təqdim edilib və 30 sentə alınan banan 120.000 dollara satılıb.