62 kq yükə görə 986 manat istədilər – Açıqlama

62 kq yükə görə 986 manat istədilər – Açıqlama

Heydər Əliyev Beynəlxalq Hava Limanında baqaj üçün 62 kiloqramlıq yükün qiymətinin 986 manat olduğu bildirilib.

AzerTimes Oxu.az-a istiandən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərdən aydın olur ki, vətəndaş bu qiymətdən narazıdır və süni şəkildə şişirdildiyini iddia edir.

Məsələ ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidmətindən bildirilib ki, videoda əks olunan sərnişinlər “Utair” aviaşirkəti ilə uçuş həyata keçiriblər:

“Baqajın daşınması ilə bağlı şərtlər isə “Utair” aviaşirkətinin qaydalarına əsaslanır”.

Teqlər: