ABŞ Nümayəndələr Palatasının 62 demokrat və respublikaçı nümayəndəsi Prezident Co Baydenə məktub yazaraq ondan ciddi sanksiyalar tətbiq etməklə İranın neft ixracını dayandırmasını istəyiblər.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
Nümayəndələr bildiriblər ki, bu, İranın bölgədəki proksi qüvvələrinə yardımlarının qarşısının alınması üçün vacibdir.
Məktubda Bayden hökumətindən İran neftini və neft məhsullarını daşıyan qurumların qeyri-qanuni ticarətini dayandırmaq üçün təcili tədbirlər görməsi tələb edilib.
Bununla yanaşı, bu məhsulların daxil olmasına bilərəkdən icazə verən xarici neftayırma zavodlarına, limanlara və bu əməliyyatları mümkün edən maliyyə qurumlarına da sanksiya tətbiq olunması istənilib.