605 idmançı Bakıda yarışacaq

605 idmançı Bakıda yarışacaq

Bakıda keçiriləcək Atıcılıq üzrə Dünya Kubokunda iştirak üçün 61 ölkədən 605 idmançı müraciət edib.

Bu barədə AzerTimes-a Azərbaycan Atıcılıq Federasiyasından məlumat verilib.

Bildirilib ki, indiyədək olunan müraciətlərə görə, atletlərlə yanaşı, yarışlara 300 nəfər texniki heyət qatılacaq.

Yarış mayın 8-dən 15-dək Bakı Atıcılıq Mərkəzində olacaq. Atletlər güllə atıcılığı üzrə 10 növdə mübarizə aparacaqlar.

Qeyd edək ki, ötən il Bakıda keçirilmiş atıcılıq üzrə Dünya Kubokunda həm güllə, həm də stend atıcılığı üzrə dünyanın 66 ölkəsindən 700 atlet iştirak edib. 28 may – 7 iyunda keçirilmiş yarışda 30 növdə 94 dəst medal uğrunda mübarizə gedib.

Teqlər: