Xəbər - Humay Ağacanova – Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək
Müfəttişliyi Xidməti işçilərin istehsalatda bədbəxt hadisələr və
peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsindən icbari sığorta olunmalarına elektron sistem
üzərindən nəzarəti davam etdirir.
Nazirlikdən Trend-ə verilən məlumata görə, icbari sığorta
müqaviləsi olmayan işçilər üzrə işəgötürənlər müəyyən olunaraq
onlara bu müqavilələri bağlamaları üçün “Əmək müqaviləsi bildirişi”
altsistemində xəbərdarlıq məlumatları yerləşdirilib.
Həmçinin bu sahədə inzibati xəta halları aşkar olunan
işəgötürənlə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.
Görülən işlərin nəticəsi kimi son bir ildə 632 işəgötürən
tərəfindən işçilərinin icbari sığorta olunmaları üçün müqavilələr
bağlaması təmin edilib.