60-cı qızıl medalı əldə etdik

60-cı qızıl medalı əldə etdik

Suyatullanma üzrə Azərbaycan millisi Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında növbəti medalını qazanıb. Bu uğur qadınların 10 metrlik platformadan tullanma yarışına təsadüf edib.

Təmsilçimiz Olqa Bıkovskaya bu növdə hamıdan güclü olub. O, yekunda 275,85 xal toplayıb.

20 yaşlı idmançımız 2-ci olan indoneziyalı Della Harimurtinin böyük fərqlə qabaqlayıb. Asiyalı cəmi 167,70 xal toplayıb. Türkiyəli Sinem Sağlam 161,95 xalla bürünc medala yiyələnib.

Qeyd edək ki, bu medal Azərbaycan təmsilçilərinin İslamiadada 60-cı qızıl mükafatı olub.