“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 2 mart 2021-ci il tarixində qida məhsulları sahəsində fəaliyyət göstərən 19 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
Qida Təhlükəsizliyi Agentliyindən AzerTimes-a verilən məlumata görə, həmin tarixdə 6 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində həmin subyektin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
№ |
Subyektin adı |
Fəaliyyət istiqaməti |
İmtina səbəbi |
1 |
Savalanova Rəna Balaca qızı |
İstehsal |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
2 |
“AZERBAİJAN POULTRY COMPANY” MMC |
Topdan satış |
Sahibkar hal-hazırda fəaliyyət göstərmir. |
3 |
Şərifi Məhəmməd Qərib oğlu |
İctimai iaşə |
Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir. |
4 |
Mahmudov Yadigar Yusif oğlu |
Topdan satış |
Sahibkar tərəfindən yanlışlıqla ikinci dəfə müraciət edilmişdir. |
5 |
Cəfərov Əbülfəz Nuri oğlu |
Pərakəndə satış |
Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir. |
6 |
Qəniyev Məsləhət İsmayil oğlu |
Pərakəndə satış |
Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir. |
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.