Polşada Vışeqrad dördlüyü ölkələrinin “Puma-22” adı altında hərbi təlimləri başlayıb.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalar İdarəsi məlumat yayıb.
“Təlimlərdə Polşa, Çexiya, Slovakiya, Macarıstan, Böyük Britaniya və ABŞ-dan olan 2 mindən çox hərbçi, eləcə də 300 hərbi texnika iştirak edəcək”, – məlumatda qeyd olunub.
Təlimlərin noyabrın 9-dək davam edəcəyi bildirilib.
Qeyd edək ki, Vışeqrad dördlüyünə Polşa, Çexiya, Slovakiya, Macarıstan daxildir.